...Dollar bahalaşa bilər... Bu barədə maraqlı məlumatlar gəlir...
Ekspertlər hələki bunun Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlılığına istinad edir... "Növbəti iclasda ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyinin əsas uçot dərəcəsinin artırılması kursunu davam etdirəcəyi ehtimalı var. Bu isə dolların bahalaşa biləcəyi deməkdir...", -yazan “Bloomberg” isə əlavə şərh verir ki, bu tədbir daxili bazarda inflyasiyanın qarşısını almaq üçün mühüm hesab olunur. Bildirilir ki, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi rəhbərliyinin növbəti görüşü keçiriləcək. Əsas faiz dərəcəsinin illik 5,25% səviyyəsinə qaldırılacağı gözlənilir. Hazırda göstərici 5% səviyyəsində saxlanılır.
Tezadlar.az xatırladır ki, hələ martın 7-də Federal Ehtiyatlar Xidmətinin rəhbəri Cerom Pauel bildirib ki, ABŞ inflyasiya ilə mübarizə üçün əsas faiz dərəcəsini artırmağa davam edəcək... Bu isə dünya maliyyə bazarında gərginlik yaradan amillərdən biri ola bilər... Artıq Rusiya Maliyyə Nazirliyi də məsələyə dair şərh verməyə tələsməsə də, nazirlik mütəxəssisləri bu istiqamətdə baş sındırmaqdadır. Sosial mediada bu barədə mövqelər sərgilənməkdədir...
Teyyub Əlioğlu