Moskva Valyuta Birjasında səhər ticarəti dolların məzənnəsinin düşməsi ilə başlayıb.
Belə ki, dollar 90 rubldan da aşağı düşüb.
Bu səhər Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi dərhal 30,25 qəpik ucuzlaşıb və hazırda dollar 89,71 rubla satılır.
Rusiya KİV-nin məlumatına görə, dollardan fərqli olaraq, Avropa valyutası, əksinə, bahalaşır – avro 58,5 qəpik bahalaşıb və hazırda 97,64 rubl təşkil edir.
Qeyd edək ki, Azərbaycan MB-nın 14 dekabr 2023-cü il tarixinə olan məlumatına görə, Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 70,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.
Xatırladaq ki, dekabr ayında Azərbaycanda dollara olan tələb artıb. 5 dekabr 2023-cü il tarixində Mərkəzi Bankın valyuta hərracında tələb 95,1 mln. ABŞ dolları təşkil etmişdi.
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov dekabr ayında dollara olan tələbin artma səbəbini il sonunda dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idaxalın çoxalması və insanların xarici ölkələrə bayram səfərləri ilə izah etmişdi.
JASMİN