Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 11,2 faiz artaraq 933,8 manat olub. Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, 1 milyon 741 min nəfər əmək müqaviləsi ilə çalışıb. Onlardan 899 mini nəfəri dövlət sektorunda, 842 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O, diqqətə çatdırıb ki, 2023-cü ildə orta aylıq əmək haqqındakı artımın iki rəqəmli olması bir tərəfdən minimum əmək haqqının artırılması, digər tərəfdən isə bir sıra sektorlarda maaş artımları ilə bağlı idi.
Deputat vurğulayıb ki, ötən il Azərbaycan Prezidentinin sərəncamları ilə iqtisadiyyatın fərqli sektorlarında çalışan vətəndaşlarımızın əmək haqqı artımları reallaşıb  və bu orta aylıq nominal əmək haqqı məbləğinə birbaşa təsir göstərib.
Bəs, 2024-cü ildə əmək haqqı nə qədər artacaq?
İqtisadçı-ekspert sualı belə cavablanadırıb:
"Orta aylıq əmək haqqındakı artım faizi, həmçinin əmək pensiyalarının indeksləşdirilməsi, yəni artırılması baxımdan da vacibdir. Bu kontekstdən maaşlar nə qədər çox artırsa onu uyğun pensiya artımları da reallaşır. 2024-cü ilin yanvarından etibarən hərbi qulluqçuların vəzifə maaşlarında artımlar qeydə alınıb. Bu il orta aylıq əmək haqqındakı artım faizi dövlət sektoru ilə yanaşı özəl sahədə də maaşların neçə faiz artırılmasından asılı olacaq. Bununla belə, 2024-cü ilin dövlət büdcəsində sosial xərclərin məbləği artırılmaqla yanaşı, ümumi xərclərin 45, cari xərclərin 70 faizi sosial istiqamətlidir. Bu isə o deməkdir ki, 2024-cü ildə də sosial təminat tədbirləri gücləndiriləcək. Artıq ölkədə yeni dövr başlayır. Bu mərhələ, həmçinin sosial təminat sisteminin daha da gücləndirilməsinə imkan yaradacaq", - deyə V.Bayramov qeyd edib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN