İyulun 1-dən etibarən Türkiyə Azərbaycandan idxal etdiyi məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sənədin mətni “Resmi Gazete”də dərc olunub.

Türkiyə hökumətinin müvafiq rüsum cədvəlinə əsasən, Azərbaycandan idxal edilən heyva, tut, dəmirdən hazırlanan yarımfabrikatlar və s. kimi məhsulların gömrük tariflərinə yenidən baxılıb.

Yeni idxal qaydalarına uyğun olaraq, Azərbaycandan tut və heyva idxalı üzrə tarif 7,7 faiz müəyyən edilib, dəmir və poladdan hazırlanmış bəzi məhsul növləri üzrə gömrük prosedurlarında isə 11,3 faizdən 15 faizədək rüsum tutulacaq.

Eyni zamanda, Azərbaycandan idxal olunan plastik borulara, şlanqlara, eləcə də ərintisiz alüminium təbəqələrə və lövhələrə tətbiq edilən əlavə gömrük rüsumları ləğv edilib.

Bununla yanaşı, illik 15 min hektolitr kvota çərçivəsində Azərbaycan şərabları da dövlət rüsumundan azad edilib.

Qərarın tələblərinin icrası Türkiyənin Ticarət Nazirliyinə həvalə edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN