Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək.
Bütövlükdə, son illər Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərinin strateji münasibətlərinin daha da dərinləşməsi müşahidə olunur. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında əlaqələr və eləcə də iqtisadi inteqrasiya meyilləri daha güclənməkdədir.
TEZADLAR.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert, Milli Məclisə deputatlığa namizəd Vüqar Bayramov bildirib.
O xatırladıb ki, pandemiyadan sonra ölkələr arasındakı ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 2023-cü ildə 178.7 milyon dollara çatıb.
"2018-ci il ilə müqayisədə isə ticarət dövriyyəsi 4 dəfə artıb. Bu da tərəflər arasındakə strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər.
Digər tərəfdən, Azərbaycan və Özbəkistan müxtəlif sahələr üzrə təcrübə mübadiləsi də həyata keçirmək imkanlarına malikdir. Özbəkistan aqrar sektorda strateji məhsulların istehsalı sahəsində xüsusi üstünlüyə malik olan ölkələrdəndir. Bu baxımdan, Azərbaycan Özbəkistan ilə eyni zamanda, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir: nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb", - deyə qeyd edib.
Vüqar Bayramov Özbəkistanın Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa etdiyini də vurğulayıb.
"Artıq həmin məktəbdə Füzuli şəhər şagirdləri beynəlxalq standartlara uyğun təhsil ala bilirlər. Bu isə tərəflərin, həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir", - deyə Vüqar Bayramov diqqətə çatdırıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN