Abakanda məhkəmə borcu olduğu üçün tanışının başına baltanın qundağı ilə bir neçə dəfə zərbə vuran 33 yaşlı kişini nəzarətə götürüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Xakasiya Respublikası üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Bu şəxsə qarşı ittiham irəli sürülüb. Bu gün istintaqın tələbi ilə məhkəmə həbs qətimkan tədbiri seçib", - idarənin nümayəndələri bildiriblər.
Məlum olub ki, şübhəli şəxs qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinib.
Zərərçəkmiş əməliyyat olunub, səhhətinin vəziyyəti ağır kimi qiymətləndirilir. Müstəntiqlərin dediyinə görə, Tıvanın iki sakini şübhəlidən kartlarla itirdiyi 10 min rubl almaq üçün Abakana gəlib. Lakin Xakasiya sakini bıçağı götürərək tanışlarını təqib edib, daha sonra baltanı götürərək balta ilə kişilərdən birini döyüb.
Xatırladaq ki, şübhəli şəxs martın 15-də saxlanılıb. İcarəyə götürdüyü mənzildə onunla birlikdə iki azyaşlı uşaq da olub. Həmin şəxs barəsində adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
E.ŞİRİNOV