Gürcüstan vətəndaşı Avstraliyalı Şanai Brukinin qətlində günahlandırılır. Təqsirləndirilən Rafael Mursaqulovun məhkəməsi artıq baş tutub.
Belə ki, zərərçəkənin vəkili cinayətdə ittiham edilən Rafael Mursakulovun ən ağır cəza ilə cəzalandırılmasını tələb edib. Mursakulovun vəkili isə növbəti məhkəmə iclasınadək onun azad edilməsini tələb edib. Prokuror Qiorqi Kubladze isə ittiham edilən şəxsin azadlığa buraxılacağı təqdirdə gizlənmək, hadisə ilə bağlı dəlilləri yox etmək, şahidlərə qarşı təzyiq etmək kimi ehtimallar olduğunu deyib. O, əlavə edib ki, Rafael Mursakulov daha əvvəl də məhkumluq həyatı yaşayıb. Bu dövrdə onun üçün müxtəlif güzəştlər tətbiq edilsə də azadlığa buraxıldığı zaman yenidən cinayət əməli törədib. Məhkəmə iclasının sonunda hakim, Mursakulovun növbəti məhkəmə iclasınadək həbsdə saxlanılmasına qərar verib.
Qeyd edək ki, Ş.Bruki bu ilin iyulun 30-da itkin düşüb. Bir neçə gün axtarışdan sonra soyuq silahla öldürülmüş qadının meyiti Tbilisidə Mtacminda dağının yaxınlığında aşkar edilib. Avstraliyalı Şanai Brukinin ölümündə isə Rafael Mursakulov günahlandırlır.
Məhkəmə istintaqı davam edir...
A.Məmmədli