...Məhkəmələr hələki əsassız qərar verməkdə müstəqil kimi görünür, bu isə cəmiyyətdə birmənalı qarşılanmır...

Belə ki, bu gün bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri- Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı informasiyalar yayılmışdır. Baş prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 08 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs-Zaur Yusifova Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, digər təqsirləndirilən şəxs- Həsən Tağıyev isə CM-in 120.2.4 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir.

*** 

İnanaq ki, prokurorun protesti qəbul ediləcək və belə əsassız qərar vermiş hakim ciddi cəzalandırılacaq. Çünki hakimin belə hərəkəti bütünlüklə ədalət  mühakiməsini şübhə altına alır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN