Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov əmlaklarına qoyulan həbsin götürülməsi üçün məhkəməyə müraciət edib.
Sabiq aparat rəhbəri bunun üçün ilk olaraq, Binəqədi Rayon Məhkəməsinə üz tutub. Lakin birinci instansiya məhkəməsi onun bu tələbini yerinə yetirməyib. V.Zeynalov daha sonra məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim Qürbət Əsgərovun sədrliyi ilə baxılacaq.
İddiada Vidadi ZeyNalovdan başqa onun iki oğlu və bir qızı, həmçinin digər iki qohumu da iştirak edir.
Prosesdə qarşı tərəf isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir.
Qeyd edək ki, V.Zeynalov 2015-ci ildə həbs olunub. 2019-cu ildə isə azadlığa buraxılıb. Vidadi Zeynalov həbsdə olarkən, istintaq dövründə onun dəyəri 43 milyon manat olan ümumilikdə 67 daşınmaz əmlakına məhkəmə tərəfindən həbs qoyulub. Sonrada isə 2009-u ilədək onun əldə etdiyi əmlakların üzərindən həbs götürülüb.