Mehriban xanımın kulinariya sahəsində gördüyü işlər çox böyük işlərdir.

 Bunu Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin ilk direktoru və təşəbbüskarı, Tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olarkən bildirib.

“Bir məsələni xatırladım: İlham Əliyev 2011-ci ildə Milli Elmlər Akademiyasında çıxışı zamanı “Ermənilər bizim mətbəximizi öz mətbəxləri kimi təqdim edirlər və bu, məni çox incidir. Erməni nə bilir ki, dolma sözü nədir? söylədi.

Və bundan sonra beş dolma markası yaradıldı. 26 xörəyimizin markası ilə. Markanın birini dünya təşkilatının prezidenti imzaladı və sonra da Mehriban xanıma bir məktub gönərdi ki, dolma haqqında məlumat dünyada 100 milyon insana çatdırıldı. YUNESKO-ya getməmişdən əvvəl 10 milli dolmamız  patent olundu. Ümumiyyətlə, bu, ilk patentdi - praktikada xörəklərin patenti Azərbaycan, Fransa və İtaliyaya aiddir və biz onlardan da qabağa getmişdik. YUNESKO-da dolma festivalları keçirdik və birinci festivalda 360 dolma resepti ortaya çıxardıq. Beləliklə, 381 dolmanın daxil edildiyi kitabı dərc edildi. Kitab dünyada ən yaxşı kulinariya kitabı olaraq birinci yerə çıxdı. Beləliklə, “Dolma məsələsi: bütün şübhələrə son” kitabı ingiliscə, rusca, özbəkcə və türkcə nəşr edildi. Ermənilərə verilən cavablardan biri də bu oldu.

Kitabın ikinci nəşrini də etdik və bundan sonra əlavə olaraq 40 dolma reseptini də tapdıq”, - deyə Tahir Əmiraslanov bildirib.

Məşhur kulinar vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan mətbəxinin tanıdılmasında verdiyi dəstəkdən də danışıb.

“...Biz Prezidentlə Novruz bayramında görüşürdük və hər görüşdə Prezident bu istiqamətdə bizə tapşırıqlar verirdi. Mehriban xanım daimi olaraq bu sahəni diqqətdə saxlayır və bizə yol göstərir, tövsiyə verirdi. Bir dəfə dedim ki, Mehriban xanım, siz bizim mətbəximizi də YUNESKO-ya çıxarın. Dedi, çıxardacağıq. Dedim, dolmadan başlayın.

Dolma məsələsində Ermənistan YUNESKO-ya məktub göndərdilər ki, bizim bircə tələbimiz var: Tahir Əmiraslanovun adı fayllardan çıxarılsın, çünki o, “rassist” və Ermənistanın bir nömrəli düşmənidir...  Mehriban xanımın avtoriteti olmasaydı, bəlkə də adımı çıxaracaqdılar və məsələ də batacaqdı. Bütün orada qəbul olunan qərarlar da Mehriban xanımın nüfuzu sayəsində qəbul olundu. Və bu işləri təkcə Tahir Əmiraslanov deyil, Mədəniyyət Nazirliyi də çox böyük işlər apardı”, - deyib T.Əmiraslanov.

O, 2018-ci ildə Novruz bayramında Prezidentlə olan dialoqundan da bəhs edib.

“Prezidentə hardansa bu işlərlə bağlı xəbər verilmişdi və o, bütün işlərdən xəbərdardı. Novruz bayramı idi. Prezident İlham Əliyev mənə dedi: “Tahir,  Ermənistanı dizi üstə qoymusan”. Mən cavab verdim: “Cənab Prezident, əlinizi qoyun mənim çiynimə, mən dünyanı dizi üstə qoyum bu sahədə”.

Prezident mədəniyyət naziri Əbülfəz Qarayevə “niyə təqdimatını verməmisiniz Tahir Əmiraslanovun?”, - dedi. O da bildirdi ki, biz təzəcə “Əməkdar Mədəniyyət İşçisi” adı vermişik. Prezident də bildirdi ki, nə olsun, indi də orden verək.

...Və məni cənab Prezident “Şöhrət” ordeni ilə təltif etdi”, - deyə o, bildirib.

 Daha ətraflı: Təzadlar TV-dən (TTV AZ)  izləyə bilərsiniz.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN