Bu gün Bakıda Atatürk Mərkəzində professor Vaqif Abdullayevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad günü münasibətilə ərsəyə gətirdiyi “Humanizmin Azərbaycan simvolu” kitabının təqdimat  mərasimi keçirildi. Tədbirdə Azərbaycanın görkəmli ziyalıları, bu sırada Akademik, millət vəkili Nizami Cəfərov (həm də Atatürk Mərkəzinin rəhbəri), millət vəkili-Sahib Alıyev, sabiq millət vəkili, tanınmış hüquq müdafiəçisi, kitabın elmi rəhbəri Çingiz Qənizadə, deputatlar- Mixail Zabelin, Ramin Məmmədov, "Şöhrət" ordenli, tanınmış yazıçı Xeyrəddin Qoca, ziyalılardan- jurnalistlər Azər Turan, Tapdıq Abbas, Asif Mərzili, BDU-nun dosenti İmdad Bayramov və başqaları iştirak edirdilər.
Dosent İ.Bayramov təəssüratlarını "Təzadlar"la bölüşdü:
- Qüdrətli dövlətə sahib olmağımız cənab prezidentlə yanaşı, həm də Mehriban xanım Əliyevanın yorulmaz əməyi sayəsində mümkün olub.
Mehriban xanım əvvəllər fəaliyyət istiqamətini daha çox humanitar sahəyə yönəltmişdisə, vitse-prezident postuna gələndən sonra daha geniş spektrlərə nüfuz etmək imkanı qazandı və uğurlar göz qabağındadır.
Vətən səngərdən başlayır. Səngəri qoruyan əsgərlərdir. Demək, elə vətən həm də əsgərdən başlayır. Əsl insan, əsl lider vətəni əsgərindən sevməlidir.
Mehriban Əliyevanın Ali baş komandanla birlikdə daim Azərbaycan əsgərinin yanında olması ərazi bütövlüyümüzün qarantıdır. Aydın gələcəklərə inamımızın mayakıdır.
Azərbaycanın birinci xanımının portret cizgiləri onun əməllərinin işığında çox aydın görünür. Ölkəmizdə sosial layihələrin təşəbbüskarı və gerçəkləşdirilməsinə M.Əliyevanın rəhbərlik etdiyi H.Əliyev fondu nail olmuşdur. Avropanın bir sıra psixoloqları belə bir qənaəti bölüşürlər ki, hər bir insanın fəaliyyəti onun daxilindəki eros (yaradıcı başlanğıc) və tanatos (dağıdıcılığa meyl) saldosu ilə şərtlənir. Yəni yaradıcılığa meyl insanların quruculuq, humanist addımlar atmağa təhrik edir.
Mehriban xanim Əliyevanın filantrop fəaliyyətinin təhlili şəxsiyyətin filogenetik inkişafında biososial amillərin rolunu önə çəkməyə əsas verir. Əsərləri ilə cəmiyyətdə kamilliyi, mənəvi katarsisi təbliğ edən Mil Cəlal Paşayeva, böyük qələm adamı A.İmanquliyevaya genetik bağlılığı, insansevər, bir övlad kimi yaradıcı insanlar olan A.Paşayev və A.İmanquliyeva ailəsində, sonralar isə təcrübəli siyasi xadim H.Əliyev ailəsində sosiallaşan Mehriban xanim Əliyevanın ölkəsinə, cəmiyyətə və bütövlükdə beynəlxalq aləmə yönəli xoş məramlı əməlləri tam başa düşüləndir. Mehriban xanim Əliyeva o şəxsiyyət və siyasətçilərdəndir ki, o rəqib tanımır, hansı təşkilatda iştirak edirsə pasionar enerjisi ilə liderlik missiyasına sahib çıxır. Ümumiyyətlə, elə şəxsiyyətlər vardır ki, öz xarizması və təşkilati bacarığı və təşəbbüskarlığı ilə təmsil olunduğu qurumu şərəfləndirir, funksional edir. Əlbəttə, Mehriban Əliyeva bütün bu beynəlxalq fəaliyyət sferasını Azərbaycan naminə, Azərbaycan xalqı haqqında xoş təssurat yaratmaq üçün genişləndirir.
Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.
Cənab Prezidentin və birinci xanımın işğaldan azad olunduqdan sonra Füzuli və Cəbrayıl şəhərlərinə, Xudafərin körpüsünə səfəri, Füzuli-Şuşa avtomobil yolunun təməlinin qoyulması tədbirləri xalqımızın o torpaqlara qayıdışının təntənəsi oldu. Bayrağımızı ucaldan dövlət başçısı erməni vandallarının torpaqlarımızda törətdikləri vəhşiliklərə, o cümlədən bu günlərdə Kəlbəcər və Ağdam rayonlarının boşaldılması zamanı evlərin və digər mülki obyektlərin dağıdılaraq yandırılmasına, törədilən ekoloji fəlakətə görə Ermənistanın beynəlxalq müstəvidə cavab verəcəyi ilə bağlı mühüm mesajlar verdi.
Mən də bütün deyilən təbriklərə qoşularaq Azərbaycan Respublıkasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya ilk öncə can sağlığı, ailə səadəti və həyat fəaliyyətində uğurlar arzulayıram...
A.Məmmədli
P.S.Daha ətraflı növbəti yazıda təqdim ediləcək...
 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN