Bakıda Atatürk Mərkəzində Professor Vaqif Abdullayevin “Humanizmin Azərbaycan simvolu” kitabı təqdim edildi…

 Bu gün Bakıda Atatürk Mərkəzində professor Vaqif Abdullayevin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ad gününə ərməğan etdiyi “Humanizmin Azərbaycan simvolu” kitabının təqdimat mərasimi keçirildi. 

 Təqdimatı giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Nizami Cəfərov Mehriban xanım Əliyevanın dünyəvi nüfuzundan, humanitar, siyasi və dövləti fəaliyyəndən ətraflı bəhs etdi, dünya ölkələrinin birinci xanımları ilə müqayisəli təhlil apardı: “...Bircə onu deyim ki, Gürcüstanda Qafqaz ölkələri alimlərinin beynəlxalq simpoziumu keçirilirdi. Gürcüstanın görkəmli alimlərindən biri dedi ki, Mehriban xanım Əliyeva artıq Azərbaycanın da deyil, Qafqaz respublikalarının birinci xanımıdır... Bu dəyər bizim üçün nə qədər qürurlu idi, özünüz təsəvvür edin...”.

 Akademik daha sonra “Ön söz” müəllifi olduğu, professor Vaqif Abdullayevin “Humanizmin Azərbaycan simvolu” kitabı haqqında fikirlərini söylədi: “İnanıram ki, böyük zəhnətin və məsuliyyətin, siyasi yaradıcılığın məhsulu olan bu kitab hər bir Azərbaycansevərin, deməli, Mehriban xanımı sevənlərin masaüstü kitabı olacaq…”.

 “Mehriban xanım Əliyeva  adına uyğun olaraq hamıya şəfqətliliyi, mehriban münasibəti, mərhəmətli rəftarı və örnək davranışı ilə millətimizin, xalqımızın qəlbində özünə layiqli yer tutub... Mehriban xanım nəcib, humanist  Azərbaycan xanımıdır, humaniz və mərhəmət onun ən ali həyat kredosudur....”, -deyən kitabın elmi rəhbəri, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə kitab haqqında ətraflı bəhs etdi, müəllifə daha böyük yaradıcılıq uğurları arzulamaqla, Mehriban xanım Əliyevanın siyasi-humanitar fəaliyyətindən geniş bəhs etdi.

Sonra Azərbaycanın seçilən ziyalıları- millət vəkili, politoloq Sahib Alıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü Mixail Zabelin, millət vəkili Ramin Məmmədov, "Şöhrət" ordenli, tanınmış yazıçı Xeyrəddin Qoca, Azərbaycan İqtisad Universitetinin dosenti Emin Qəribli, tanınmış yazıçı- jurnalistlər Azər Turan, Tapdıq Abbas, Asif Mərzili, BDU-nun dosenti İmdad Bayramov və başqaları iştirak edirdilər.

Sonda professor Vaqif Abdullayev müəllifi olduğu “Humanizmin Azərbaycan simvolu” kitabının yazılma zərurəti, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi mənada silahdaşı Mehriban xanım Əliyevanın mənsub olduğu nəsil və ailə şəcərəsi barədə kitabda yer alan faktlara toxundu. V.Abdullayev iştirakçılara, xüsusən də tədbirin yüksək səviyyədə baş tutmasına dəstək verdiyinə görə Atatürk Mərkəzinin rəhbəri, Akademik Nizami Cəfərova dərin minnətdarlığını çatdırdı.

A.Məmmədli

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN