Ukrayna qoşunları Xerson vilayətinin 4 kəndini Rusiya işğalından geri qaytarıb, lakin əsas hədəf Xerson şəhəridir.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə adının çəkilməsini istəməyənn Ukrayna hərbi mənbəsi məlumat verib. Sitat: "Əməliyyat gecə saatlarında Rusiyanın mövqelərinin və arxa hissəsinin kütləvi atəşə tutulması ilə başladı. Hücumun əsas istiqaməti Pravdinoda idi. Onların "DXR" və "LPR"dən piyadalarını vurduq, onlar qaçdılar. Rusiya desantçıları pərən-pərən oldu. İndi biz dörd kəndi azad etmişik. Onların ilk müdafiə xətti üç yerdə darmadağın edildi.
Xarici hərbi jurnalistlərə bildirilib ki, Novodmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdino kəndləri azad edilib. CNN mənbəsinin məlumatına görə, çoxlu işğalçı öldürülüb və əsir götürülüb, çoxlu sayda rus hərbi texnikası məhv edilib. "Görək, necə olacaq. Məqsədimiz Xersondur".

Dünən avqustun 29-da Kaxovka operativ qrupu bildirmişdi ki, ukraynalı müdafiəçilər Xerson yaxınlığında demək olar ki, bütün əsas körpüləri dağıdıblar və Xerson vilayətində rus qoşunlarının birinci “müdafiə” xəttini keçiblər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN