booked.netbooked.net booked.net  

Fransa inadla Cənubi Qafqazda regional sabitliyi pozmağa davam edir. Rəsmi Paris Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır.

Bu barədə politoloq Azad Məsiyev Tezadlar.az-a açıqlama verib.

A.Məsiyev bildirib ki, yanvar ayının əvvəllində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərə müsahibəsi zamanı belə bir fikir ifadə edib: bizim qələbəmiz böyük güclərin siyasi laylarını tərpətdi: "Yəni bu gün ümumilikdə Cənubi Qafqaz uğrunda Birləşmiş Ştatlar və Rusiyanın nüfuz  savaşı gedir. Təbii ki, 44 günlük müharibə Cənubi Qafqazda başda Birləşmiş Ştatlar olmaqla Qərb kalsiyasının planlarını pozdu. Qərb Cənubi Qafqaza girmək istəyirdi və Azərbaycanın uğurlu qələbəsi bu planı təxirə salmağa məcbur etdi. Bu baxımdan, Qərb artıq yeni taktikaya üstünlük verir".

A.Məsiyev xatırladır ki, Ukrayna münaqişəsində Birləşmiş Ştatlar adına Böyük Britaniya və Polşa oynayırdısa, Cənubi Qafqazda Birləşmiş Ştatlar adına Fransa və Almaniya oynayır.

Politoloq açıqlamasında onu da  qeyd edib ki, Fransa həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Ermənistana dəstək verib, himayə etməklə Paşinyan hakimiyyətini gücləndirməkdədir: "Fransa açıq şəkildə Azərbaycana düşmənçilik siyasəti yeridir. Senatında Azərbaycana qarşı qərəzli qərarlar qəbul edir və Avropa dövlətlərinə çağırış edib istər AŞPA-da, istər BMT-nin Təhlükəsizlik Şurasının iclasında, istərsə də Avropanın müvafiq təşkilatlarında Azərbaycana qarşı təxribat xarakterli çağırışlar edib, hətta müəyyən məqamlarda buna nail olub".

Siyasi şərhçi hesab edir ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli qərarları da Fransanın apardığı siyasətin tərkib hissəsidir: "Fransa Avropada aparıcı dövlətdir. Ümumilikdə  Birləşmiş Ştatlar və Qərb koalisiyası Cənubi Qafqaza girmək üçün müəyyən təxribat xarakterli manevrlər edir. Qərb bu baxımdan Paşinyanın Azərbaycanla sülh sazişi imzalamasına mane olur.

Əgər Qərb Cənubi Qafqazda  stabillik olmasını istəyirsə, mütləq şəkildə Ermənistan rəhbərliyini məcbur etməlidir  ki, sülh sazişi imzalasın. Bu gün Qərb Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına maraqlı deyil. Çünki Azərbaycana təzyiq etmək üçün müəyyən təxribatlı addımlar atılmalıdır".

Politoloq  bildirir ki, bu baxımdan, Almaniya və Fransa Azərbaycanla şərti sərhədə müşahidəçi qrupu göndərirlər və bu qrup da sərhəddə təxribat xarakterli manevrlər edir.

A.Məsiyev diqqətə çatdırır ki, Fransa Azərbaycanla sərhəddə öz kontingentini yerləşdirmək istəyir. Bu baxımdan, sərhəddə təxribat xarakterli addımlar atmaq maraqları var ki, bunun da  əsasında Ermənistan tərəfdən müəyyən sülhməramlı qüvvələr adı altında Qərbin hərbi kontingentini gətirməyi planlaşdırırlar: "Hesab edirəm  ki, bu da bölgədə yeni gərginlik ocağının yaradılmasına səbəb ola bilər. Ümumilikdə, Fransanın apardığı siyasət nə beynəlxlaq hüquqa, nə də siyasi reallığa söykənir. Bu baxımdan, Azərbaycan tərəfi də buna adekvat cavab veri. Hətta Azərbaycan tərəfi Fransanın səfirlikdə formalaşmış cəsus şəbəkəsini aşkar etdi və müəyyən diplomatların deportasiyasını həyata keçirdi" .

Siyasi analitik deyir ki, Fransanın Azərbaycana qarşı apardığı avantürist siyasətə Azərbaycan  cavablar verir: "Ən tutarlı cavablardan biri bu ola bilər ki, qarşıdan olimpiya oyunları gəlir, Azərbaycanın bu olimpiya oyunlarını boykot etməsi üçün əlimizdə kifayət qədər əsas var. İstər Fransanın daxili siyasətini, istərsə də xarici siyasətini əsaslandıraraq biz bu olimpiya oyunlarını boykot etməklə öz etiraz səsimizi dünya ictimaiyyətinə çatdıra bilərik. İstər Fransanın imperialist siyasəti, istərsə də insan haqlarının tapdalanması, dinc əhalinin aksiya keçirməsinə icazə verilməməsi və onların zorakılıqla dağıdılmasını biz kifayət qədər sarı jiletlilər hərəkatı vasitəsilə əsaslandıra bilərik.

Eyni zamanda xarici siyasətində tək Azərbaycan deyil, öz imperiyasını genişləndirmək üçün ayrı- ayrı dövlətlərdə işğalçılıq siyasətini həyata keçirdiyini əsaslandıraraq olimpiya oyunlarını boykot edə bilərik.

Bununla əlaqədar Türk Dövlətləri təşkilatını da bu boykotu etməyə çağırışa səsləyə bilərik. Eyni zamanda, biz Müstəqil Dövlətlər Birliyində fəaliyyət göstərərik və MDB- də  bu məsələni qaldırıb kollektiv şəkildə də Fransa da keçirilən olimpiya oyunlarında boykot etmək imkanımız var.

Ümumilikdə Fransanın tək Azərbaycan deyil, ümumiyyətlə, Türk Dövlətləri, Türk dünyasına qarşı qərəzli davranışı var. Ümumilikdə Fransa Türkiyənin regional gücdən, qlobal gücə çevrilməsinidə qısqanclıqla qəbul edir. Bu baxımdan da hər vəchlə Türkiyənin fəaliyyətinə kölgə salmağa çalışır.

Bu yöndən hesab edirəm ki, Azərbaycan və Türkiyə birlikdə, ümumiyyətlə, Türk Dövlətləri olaraq birlikdə Fransada keçirilən olimpiya oyunlarını boykot etmək çağırışından çıxış etməliyik və çalışmalıyıq ki, kollektiv şəkildə bunu boykot edək.

Əgər bizə dəstək verməsələr, biz özümüz təkbaşına bir dövlət olaraq olimpiya oyunlarının Fransada keçirilməsinə görə boykot edə bilərik".

A.Məsiyev deyir ki, Fransanın Cənubi Qafqazda stabilliyi pozacaq addımlar atdığını unutmaq olmaz və bu, Ermənistanı siyasi, hərbi və iqtisadi cəhətdən dəstəkləməklə Paşinyan hakimiyyətini qızışdırır. Düşünürəm ki, Paşinyan da Qərbin əlində alətə çevrilib və Qərbin maraqlarını Cənubi Qafqazda daha doğrusu, Ermənistanda həyata keçirməkdədir. Ümumiyyətlə, Paşinyan özünü erməni xalqının rəhbəri kimi deyil, Qərbin səfiri kimi aparmaqdadır. Hesab edirəm ki, bu da erməni xalqına uğur gətirməyəcək".

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA