Ağ Ev bəyan edib ki, Rusiya üçüncü dövlətlərin əvəzinə kiminlə ittifaqa girəcəyinə dair qərar verməməlidir

Bu barədə Amerika  administrasiyasının yüksək rütbəli rəsmisi şənbə günü jurnalistlərə açıqlamasında bildirib.

"Biz hesab edirik ki, Rusiya digər ölkələrin əvəzinə kiminlə ittifaq münasibətlərinin ola biləcəkləri barədə qərar vermək səlahiyyətində deyil", - deyə Amerika rəsmisi Rusiya Federasiyasının NATO-dan təhlükəsizlik zəmanəti verməsi tələbini şərh edərkən deyib.

Həmçinin Ağ Ev nümayəndəsi vurğulayıb ki, Rusiya Federasiyasının tələbləri arasında ABŞ-ın heç vaxt razılaşmaq niyyətində olmadığı şərtlər var.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN