Estoniya prezidenti Alar Karis Rusiyanın təhlükəsizlik layihəsini NATO-ya qarşı “siyasi həmlə” adlandırıb.

 Estoniya prezidenti Alar Karis  Rusiyanın təhlükəsizlik zəmanətləri haqqında, o cümlədən  NATO qüvvələrinin Bolqarıstan və Rumıniyadan  çıxarılması da nəzərdə tutulan təkliflərini ittifaqa qarşı siyasi həmlə hesab edir. "Rusiyanın "Tarixi 1997-ci ilə qaytarın, əks halda..." tələbi NATO-ya qarşı siyasi həmlədir. Və biz bu hücuma qəti şəkildə müqavimət göstərəcəyik",  - deyə prezident bildirib. Həmçinin o, qeyd edib ki, tarixin 1997-ci ilə - NATO-nun şərqə doğru genişlənməsindən əvvəlki dövrə qayıtması ağlasığmazdır və baş verməyəcək, çünki NATO belə bir qərar verməyəcək. "Bu, NATO-nun, həm də Avropa İttifaqının sonu demək olardı. Çünki bir çox ölkələr hər iki təşkilatın üzvüdür”. Alar Karis “Şübhəsiz ki, NATO və Aİ-nin dağılmasını istəyən ölkələr var: təhdid edirlər, ultimatumlar irəli sürürlər. Bu, nəticə verməyəcək. ", -  deyə bəyan edib. Eyni zamanda, prezident qeyd edib ki, Qərb Rusiya ilə dialoqa hazırdır, əgər o həqiqətən bunu istəyirsə. "Ancaq biz NATO-nun necə parçalanacağını müzakirə etməyəcəyik", - o, vurğulayıb. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dekabrın 17-də ABŞ və NATO ölkələri ilə təhlükəsizlik zəmanətləri haqqında saziş sənədi layihəsini dərc edib.  Moskva, xüsusən də Qərb tərəfdaşlarından NATO-nun şərqdə daha da genişlənməsindən, Ukrayna blokuna qoşulmaqdan və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiyanın təhlükəsizlik təminatı ilə bağlı təklifləri NATO qüvvələrinin 1997-ci ildən sonra alyansa qoşulan Bolqarıstan və Rumıniyadan da çıxarılmasını nəzərdə tutur. Xatırladaq ki,  yanvarin 10-da  Cenevrədə  ABŞ və Rusiya nümayəndələri arasında görüş keçirilib.  Həmin görüşdə,  Rusiyanın dekabrda ABŞ və müttəfiqlərinə göndərdiyi “təhlükəsizlik zəmanəti” təklifləri ilə bağlı məsləhətləşmələr aparılıb. Yanvarın 12-də isə Brüsseldə Rusiya-NATO Şurası çərçivəsində ikinci görüş baş tutub. Kremlin mətbuat katibi Dmitri Peskov  Rusiya-ABŞ danışıqlarını uğursuz adlandırıb. Moskva isə Vaşinqton və onun müttəfiqlərindən cavab gözləyir, həm də yazılı...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN