booked.net booked.net  

Azərbaycan Milli Olimpiya Komitəsində AİJA “Rəqəmsal İdman Jurnalistikası” layihəsi üzrə pakistanlı jurnalistlərin Azərbaycan turunun yekunlarına həsr olunmuş görüş keçirilib.

AİJA -dan "Təzadlar"a bildirib ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir. Nümayəndə heyətində Pakistan İdman Yazarları Federasiyası, "Daily Jang” newspaper, "İqra” National Universitetinin Media Təhsili şöbəsi, "Kasoti Digital”, "News Network International”, "Daily Aeen” newspaper, "Difa News”, MKTV və "Samaa” TV-nin əməkdaşları yer alıblar.

Sentyabrın 15-də Pakistanlı idman jurnalistləri Milli Olimpiya Komitəsinin (MOK) qonağı olublar. MOK-un inzibati binasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, "İdman Azərbaycan” telekanalının direktoru, AİJA-nın baş katibi Rövşən Binnətli, Pakistan İdman Yazarları Federasiyasının baş katibi Məhəmməd Askar və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə iki ölkə arasında siyasi, iqtisadi, hərbi əlaqələrin, xalqlar arasında sıx bağlılığın əhəmiyətindən danışıb. "Düşünürəm ki, Azərbaycan və Pakistan arasında idman əlaqələrinin genişləndirilməsində medianın da xüsusi rolu var. Bunun üçün də medianın üzərinə böyük vəzifə düşür. Fikrimcə, azərbaycanlı media nümayəndələri Pakistanın idman həyatı, infrastrukturu və nailiyyətləri barədə yazılar hazırlamalıdırlar. Eyni zamanda pakistanlı jurnalistlər də Azərbaycanın idman infrastrukturu, ölkəmizin ev sahibliyi etdiyi mötəbər idman yarışları və idmançılarımızın uğurları barədə öz media orqanlarında yazılar dərc etməlidirlər. Ümid edirəm ki, bu tədbirdən sonra idman sahəsindəki əlaqələr genişlənəcək, xüsusi münasibətlər yaranacaq. İnanıram ki, bu səfəriniz uğurlu olub və Azərbaycan haqqındakı xoş təəssüratlarınızı öz ölkənizdə bölüşəcəksiniz”, - deyə Çingiz Hüseynzadə bildirib.

AİJA-nın prezidenti Eldar İsmayılov pakistanlı idman yazarlarının ölkəmizə səfərinin konkret istiqamətlərindən, onların səfər çərçivəsində keçirdikləri görüşlərdən söz açıb. O, həmçinin rəhbərlik etdiyi qurumun idman sahəsində fəaliyyət göstərən beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında danışıb.

Sonra çıxış edən Pakistan İdman Yazarları Federasiyasının baş katibi Məhəmməd Askar çıxış edib. O, layihə haqqında danışaraq, bu səfərin onlar üçün yaddaqalan olacağını bildirib.

"İdman Azərbaycan” telekanalının direktoru, AİJA-nın baş katibi Rövşən Binnətli çıxış edərək, bu səfərin təkcə idman sahəsində deyil, Azərbaycan jurnalistikası üçün bir nümunə olduğunu qeyd edib. Belə layihələrin davamlı şəkildə olacağını deyən R.Binnətli bu qarşılıqlı səfərlərin hər iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyini və yaradıcılıq mübadiləsi baxımından çox əhəmiyyətli rol oynayacağını bildirib.

Çıxışlardan sonra AIPS prezidenti Gianni Merlo (İtaliya), AİPS Europe-nin prezidenti Çarlz Kamenzuli (Malta), AİPS Asianın prezidenti Hee-Don Jung (Koreya), Pakistan İdman Yazarları Federasiyasının (PSWF) prezidenti Amjat Malik Azizin iştirakçılara videotəbriki çatdırılıb.Daha sonra pakistanlı idman jurnalistlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarətdən başlayan təcrübə turunu özündə əks etdirən qısa videoçarx nümayiş etdirilib. Tədbirə qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması və xatirə fotosu ilə yekun vurulub.

Yasəmən Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA