Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə ölkəmizin hərtərəfli inkişaf etdiyi, sosial-iqtisadi tərəqqinin dinamik xarakter daşıdığı, xüsusən, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, həmçinin məcburi köçkünlərin doğma yurda qayıdışının  uğurla davam etdirilməsi üçün genişmiqyaslı quruculuq işlərinin aparıldığı, təhlükəsizlik tədbirlərinin görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrası vəziyyətini yerində şəxsən öyrənmələri məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə, icma əsaslı reinteqrasiya tədbirlərinin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, regional idarəetmə və məcburi köçkünlərin status sənədləri, mövcud mənzil fondunun istismarı və istifadəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının səmərəli təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır. 

Kollegiya iclasında dövlət komitəsinin cari il üçün iş planı təsdiqlənib və müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Pin It

 Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli siyasətindən sonra Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

Pin It

Pakistan məhkəməsi ölkənin keçmiş Baş naziri, müxalif “Ədalət Hərəkatı” partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra xanıma 14 il həbs verib. 24News.ge xəbər verir ki, o, korrupsiya və xaricdən hədiyyələrin satışı ilə bağlı cinayət işi üzrə məhkum edilib. Xatırladaq ki, daha əvvəl İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham olunaraq xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. O 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Pin It

Rusiyanın Ukraynaya raket hücumlarına cavab olaraq Ukrayna dronları da Sankt-Peterburq şəhərindəki "Nevski Mazut" zavoduna hücumu edib...

Pin It

Bakıda həbs olunan casus Martin Rayan ətrafında qalmaqal yeni detalları ilə Fransa gündəmindən düşmək bilmir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN