Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli siyasətindən sonra Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı.

TEZADLAR.AZ xəbər verir ki, trend-in mənbədən əldə etdiyi məlumata görə, AŞPA-nın məlum qərarı ilə bağlı bu günlərdə Prezident Adminstarsiyası (PA), Milli Məclis (MM) və Xarici İşlər Nazirliyinin (XİN) ekspertlərinin iştirakı ilə işçi müzakirə keçirilib.

Müzakirələrdə AŞPA-da Azərbaycana qarşı qərəzli münasibətə və əsassız ittihamlara cavab olaraq Azərbaycanın Avropa Şurasından çıxması və Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımaqdan imtina məsələsinin siyasi, hüquqi parametrləri müzakirə olunub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın qərəzli siyasətinə qarşı olaraq Azərbaycanın Avropa Şurasından çıxa biləcəyi ilə bağlı məlumat vermişdik. Hazırda isə bu məsələ ekspertlər tərəfindən müzakirə olunur və Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı artır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN