"RUSİYANIN DAHA 7 HƏRBİ TƏYYARƏSİ, 1 HELİKOPTERİ, 1 PUA-SI MƏHV EDİLİB"
Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib.
Ukrayna ordusu son sutkada Rusiyanın 7 hərbi təyyarəsini, 1 helikopterini, 1 pilotsuz uçuş aparatını, 2 qanadlı raketini məhv edib.
Rusiyanın Ukraynadakı döyüş gücü müharibə başlayandan bəri ilk dəfə işğaldan əvvəlki səviyyəsinin 90%-dən aşağı düşüb.
Böyük Britaniya mətbuatının dəqiqləşdirmələrinə görə (Rusiya mətbuatı da yazıb) Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 11-dən ictimai məkanda görünməyi dayandırıb, yəni Ukraynada müharibənin davam etdiyi bir vaxtda görünmür.
Rusiya Hərbi Hava Qüvvələri martın 21-də Ukraynanın paytaxtı Kiyev şəhərini yenidən atəşə tutub.
Pentaqon Moskvanın nüvə silahından istifadə ilə bağlı hədələrini təhlükəli adlandırıb.