Bu gün noyabrın 14-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda bir qrup fəal Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz olaraq aksiya keçirib.

Tezadlar.az xatırladır ki, aksiya iştirakçıları işğalçı müharibə aparan ölkələri neftlə və silahlarla təchiz edən dövlətlərə etiraz ediblər.

Askiya zamanı “Mədən yanacağından sülhə keçid!”, “Müharibə cinayətlərinə son!”, “Təcavüzkarın cəzasını verin!”, “Barış üçün mədən yanacağını mərhələli şəkildə dayandırın!”, “Mədən yanacağından müharibə əleyhinə fonda!” və başqa şüarlar qaldırılıb. 

Etirazçılara hər hansı müdaxilə və ya təzyiq edilməyib.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN