Ukrayna lideri Vladimir Zelenski ABŞ-dan öz xeyrinə istifadə edir, Vaşinqtonu Rusiya ilə münaqişəyə sürükləməyə çalışır, ABŞ öz maraqlarına fikir verməlidir.
Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The American Conservative” nəşri məlumat yayıb.
“Zelenski ümidsiz şəkildə Amerikanı Ukraynanın Rusiya ilə müharibəsinə sürükləməyə çalışır. Münaqişədən cəmi bir neçə ay sonra o, Moskvanı ölkəsinin Polşaya səhv raket hücumunda günahlandıraraq NATO-nun müharibəyə girməsini tələb etdi”, - nəşr yazır.
Materialda qeyd edilir ki, Zelenski ABŞ haqqında deyil, özü haqqında düşünür. Bu baxımdan, ABŞ öz maraqlarını müdafiə etməli və xaricdə “axmaq” münaqişələri dayandırmalıdır.
Bundan əvvəl Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals dövlət başçısının münaqişənin davam etdirilməsinin əleyhinə olduğunu və Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaq niyyətində olduğunu bildirib.
E.ŞİRİNOV