Ötən gecə Livanın Hizbullah hərəkatının döyüşçüləri ilk dəfə olaraq İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki baş qərargahının ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Tezadlar.az CNN-ə istinadla xatırladır ki, bu barədə Hizbullah hərəkatı da məlumat yayıb. Bildirilir ki, Hizbullahın üzvləri Təl-Əvivdə, həmçinin İsrail Baş Qərargahı və Hərbi Hava Qüvvələri Komandanlığının qərargahının da yerləşdiyi Hakirya bölgəsinə dronlarla hücum ediblər.

Lakin itki və təlafat barədə heç bir məlumat yayılmayıb. Bölgədə gərginlik davam edir. Tərəflər bir-birini raket hücumlarına məruz qoymaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN