ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp yaxın gələcəkdə tərəfləri atəşkəsə inandırmaq məqsədilə Rusiya və Ukraynaya səfər edə bilər.

Tezadlar.az “RİA Novosti”yə istinadla bildirir ki, türkiyəli analitik Engin Özər belə deyib. O bildirib ki, Trampın planı sülh sazişini nəzərdə tutmur. Sitat:   “Trampın planının gerçəkləşməsi üçün onun vəzifəyə başlaması lazım deyil, sadəcə tərəfləri razı salması lazımdır. Tramp atəşkəsin texniki detallarını müzakirə etmək üçün yaxın vaxtlarda Kiyev və Moskvaya səfərə getməlidir. Onsuz da sülh müqaviləsi imzalanmayacağına görə hər hansı mərasimlə atəşkəs imzalamağa ehtiyac qalmaya bilər”.

İndi hamının diqqəti Trampın bu tarixi görüşlərə nə vaxt başlayacağına yönəlib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN