“Qozbeli qəbir düzəldər”
Jurnalistin ölümü ilə bağlı Tbilisidə etiraz aksiyası keçiriləcək
5 iyul tarixində Tbilisidə radikal aksiya iştirakçıları tərəfindən döyülən media nümayəndəsi Lekso Laşkaravanın dünyasını dəyişməsi ilə bağlı bu gün etiraz aksiyası elan olunub.
Qaxaria Rusiya ilə danışıqların başlamalı olduğunu açıqladı
Bizim əvəzimizə heç kim Rusiya ilə danışmayacaq - bu addımları soyuq bir düşüncə ilə praqmatik şəkildə atmalıyıq".
JURNALİSTİKAMIZIN ƏYRİLİYİNDƏ GÜNAHKAR AXTARAN GÜZGÜYƏ BAXSIN...
...Yenidən "reket jurnalistika", ""dələduz jurnalust" ifadələri mediamızın gündəmini bəzəyir. Səbəb odur ki, hansısa infoTV saytının xanım əməkdaşı Qəbələdə şəhid ailələrindən müsahibə alıb və onlardan pul götürüb.
Yadınıza salın: Prezidentin etimad göstərib vəzifə etibar etdiyi icra başçıları rəhbəri olduqları rayonlarda nələr etmədilər və indi qolu qandallı məhkəmə qarşısına çıxarılırlar. Onların o aldıqlarına ehtiyacı var idimi?! Yəqinki yox! Sadəcə, boşluqdan və nəzarətsizlikdən sui-istifadə edib vərdiş etdikləri əməldən əl çəkə bilmirdilər. Axı hər bir rayonda ən azı belə məmurlara gizli nəzarət edən dövlət orqanlarımız var. Onlar icra başçısının nə hoqqadan çıxdığını bilmirdimi? Yaxud, bilməyə bilərdimi???
Qayıdıram mövzumuza: jurnalistikamızdakı dərəbəylikdən, özbaşınalıqdan doğrudanmı indi tələyə düşmüş xanımın əməllərindən gen- bol danışan hımkarlarımız bixəbər idi? Bu boşluq və dərəbəyliyi kimlər yaradıb, bunu da bilmirsiniz?! Yoxsa bu dərəbəyliyin anatomiyasını yazanı da tanımırsınız! Hamınız yaxşı bilirsiniz ki, kimlər kimlərin adi bir telefon zəngi ilə kimləri "Əməkdar jurnalist", yaxud medallı-ordenli, mənzilli edirdi. Siz bəlkə onu vı ya onları da tanımırsınız?! Səhər yuxudan durub özünə TV-li sayt açıb jurnalistikada meydan sulayanları niyə elə indi- kimdənsə pul alanda tanıdınız? Bəs hanı o bir cümləsində üç-dörd səhv buraxan Əməkdarlar, orden-medallılar? Niyə zamanında məsələ qaldırmırdılar ki, ay camaat, belə olmaz, gəlin bu sayt açanların təhsilini, peşə vərdişini araşdıraq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndə onları sorğu-sual edək, domen alanların kimliyini öyrənək! Demədilər. Amma indi deyirlər və günahkarı axtarırlar. Günahkar isə uzaqda deyil, mətbuatımıza ağsaqqallıq və ağbirçəklik etmək iddiasında olanların özləridir. Və kimsə jurnalistikamızın əyriliyində, dələduzluğunda, reketçiliyində, nə bilim nəyində, günahkar axtarırsa, güzgüyə baxsın... Unutmayaq ki, mətbuat da cəmiyyətin güzgüsüdür!
Sonda: jurnalistikamızın adına iddia edən nə qədər jurnalist təşkilatları, fondlar var... Gəlin birlikdə onların da yerinə utanaq! Çünki atalar demiş, utanmasan oynamağa nə var ki! Açmasını bildiniz də...
Asif MƏRZİLİ
Şuşada Aşağı Gövhər Ağa məscidi ziyarət olunub, Quran oxunub
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.