NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib...

Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımda bildirib. “Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Qəzanın səbəbləri araşdırılır. Eləcə də təyyarənin "qara qutusu" götürülüb, şifrələnir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN