Rəsmi Moskva Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında çərşənbə günü aparılan danışıqlar zamanı Ermənistan-Azərbaycan sərhədində Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatı təkzib edib.

“Xeyr, bu məlumat həqiqətə uyğun deyil”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov KİV-də yayılan məlumatlara görə, xüsusən də sərhədin Sotk-Xoznavar hissəsində sülhməramlıların yerləşdirilməsi barədə sənədlərin imzalanıb-imzalanmayacağına dair jurnalistlərin sualını cavablandırarkən deyib. Eyni zamanda, Peskov vurğulayıb ki, Putin və Paşinyan arasındakı danışıqlarda Qarabağ mövzusu və orada yerləşdirilən Rusiya hərbçiləri ilə ikitərəfli münasibətlərlə əlaqəli məsələlər şübhəsiz müzakirə ediləcək. “Ancaq hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, - Rusiya prezidentinin sözçüsü bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN