Bir neçə saat əvvəl Rusiyanın Krasnodar diyarında An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

tezadlar.az. CNN-Türk-ə istinadla  bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. Sitat: "An-2 təyyarəsi eniş zamanı elektrik xətti ilə toqquşma nəticəsində qəzaya uğrayıb. İlk xilasedici bölmələr hadisə yerinə çatdıqdan sonra An-2 təyyarəsinin alovlanmadan qəzaya uğradığı müəyyən edilib", - Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, yerdə tələfat və dağıntı yoxdur. Lakin Ria Novosti məlumat yayıb ki, tələfat artmaqdadır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN