Parlamentin 48 müxalif üzvü hakim "Gürcü Arzusu" partiyasına müraciət ünvanlayıb.

Tezadlar.az xəbər verir ki, sözügedən müraciətdə hakim partiya tərəfindən ABŞ və Avropa İttifaqına qarşı "böhtan və dezinformasiya kompaniyasının" təcili şəkildə dayandırılması tələb edilir. Bəyanata imza atan deputatlar bildirirlər ki, Gürcüstanın müstəqillik qazandığı dövrdən, yəni 1991-ci ildən bu günədək ABŞ və Avropa İttifaqı ölkənin inkişafına böyük dəstək göstərib. Müxalifət deputatları hakim partiyaya müraciət edərək, bildirirlər ki, Gürcüstan xalqının maraqlarına uyğun olaraq ölkənin Avropa və Avroatlantik inteqrasiyası istiqamətində lazımi addımlar atılmalıdır: "Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə bağlı Gürcü Arzusunun böhtan və dezinformasiya xarakterli kampaniyasını qınayırıq. Qeyd edilən məsələ xüsusi olaraq Gürcü Arzusunun yüksək partiya və siyasi vəzifə tutan üzvləri tərəfindən, həmçinin, Gürcü Arzusundan formal olaraq ayrılmış, ancaq bu siyasi gücün hissəsi olaraq qalan deputatlar və yerli özünüidarəetmə nümayəndələri tərəfindən səsləndirilən bəyanatlarda kəskin şəkildə özünü göstərir. Onların sözlərinə görə, güya onlar (qərb ölkələri) Gürcüstanı Rusiya əleyhinə müharibəyə cəlb etməyə cəhd edirlər. Güya bu məqsədlərinə çatmadıqları üçün, onlar Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusu vermək məsələsinə dəstək göstərməyiblər", - deyə bəyanatda bildirlir. Müxalif deputatların sözlərinə görə, hakim partiya tərəfindən atılan bu addımlar Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyası siyasətinə mane olmağa yönəlib. Onlar bildirilər ki, bu istiqamətdə "Gürcü Arzusu"nun fəaliyyəti ölkə konstitusiyasına ziddir.

Siyasi gərginlik durmadan artır... 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN