booked.netbooked.net booked.net  

Bu günlərdə Azərbaycanla sərhəddə toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 2 nəfər itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

Ermənistanın “Aysor” saytı Ermənistan Təhlükəsizlik Şurasının bəyanatına istinadla belə yazıb. Belə ki, bu gün sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Şurada bəyanat qəbul olunub. Bildirilib ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribat nəticəsində Ermənistanın 207 hərbçisi ölüb. Bundan başqa, 293 nəfər yaralanıb, 20 hərbçi isə əsir düşüb.

 

Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub.

Düşmən dəfələrlədir ağır zərbə alır, amma dərc götürmür. Görünür, bu bir xəstəlikdir- erməni xəstəliyi...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN