Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın işğal etdiyi ərazilərin Ukraynaya qaytarılmasının müharibəyə son qoymaq üçün danışıqlar prosesini asanlaşdıracağını bildirib.
Tezadlar.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə Amerikanın PBS kanalına müsahibəsində Ərdoğan belə bildirib. Sitat: "Ehtiyac olan və gözlənilən də budur. Bu məsələdə cənab Quterreş (BMT-nin baş katibi - red.) müəyyən addımlar atıb. Bizim atdığımız addımlar var. Bu addımlar və bu qayıdış həqiqətən də işimizi asanlaşdıracaq".
Prezident həmçinin qeyd edib ki, 2014-cü ildən Rusiya prezidenti Vladimir Putinlə görüşlərdə onu ilhaq edilmiş Krımı qaytarmağa çağırıb. Sitat: "Onlar da bizim soydaşlarımızdır. Biz onlara (ruslara - red.) dedik ki, siz bu addımı atsanız, bu, bizi sakitləşdirəcək, Ukraynanı sakitləşdirəcək, Krım tatarlarını sakitləşdirəcək. Amma təəssüf ki, o vaxtdan bir addım belə, heç nə yoxdur. Bu istiqamətdə işlər görülür...”.
Rususiya siyasilərinin hələki Ərdoğanın bu açıqlamalarına münasibəti yoxdur. Eləcə də işğal olunmuş ərazilərin Ukraynaya qaytarılması ilə bağlı...
A.Məmmədli