Mirvari Qəhrəmanlı: «İşə qəbul guya socar.az saytı üzərindən vakansiyalara müraciət əsasında aparılır, amma…»

 «Təzadlar»a daxil olmuş şikayətlərin bir qismi SOCAR-da işə qəbul qaydalarının yeni qeyri-adi forması və üslubu barədədir… Məsələ ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlıya müraciət etdik:

-Mirvari  xanım, SOCAR-da işə qəbulla bağlı şəffaflığa şübhəmiz yoxdur, amma şikayətlərə də deməli əsaslar vardır… Nə baş verir?

-Bilirsiniz, işə qəbul socar.az saytı üzərindən vakansiyalara müraciət əsasında aparılır, amma…Məsələ ondarı ki, vakansiyaya müraciət edənlər işə qəbulla bağlı bir neçə mərhələni keçənədək vakansiyaya müraciət etmədən birbaşa SOCAR prezidentinin əmri əsasında işə qəbul prosesi baş verir. Problem bundadır. Hətta faktlara malikik ki, bu yolla 100-ə yaxın yeni işçi qəbul edilib və hamısına da işə qəbul əmri verilən gündən dərhal 2000 manatdan yuxarı əmək haqqı təyinatı ilə peşəkarlıq müəyyən olunub.

-Belə bir təyinatlara misal olaraq konkret fakt varmı?

-Bəli, var…Məsələn, SOCAR Prezidentinin 2022-ci ilin avqust ayında imzaladığı məşhur və qalmaqallı yüksək maaş artımı ilə bağlı verilən məlum əmrindən sonra icrası guya dayandırılsa da, SOCAR-ın Protokol İdarəsinə qəbul edilən yeni işçilərin əksəriyyətinə 17-ci dərəcə (3000-dək əmək haqqı) və 6000 manat məbləğində peşəkarlıq təyin olunub. Hansı ki, 30 ildən çox rəhbər vəzifədə çalışan işçilərin peşəkarlığı 2000-3000 manat arasıdır. Niyə bəs SOCAR-SS – 010.2015 Standartına uyğun olan, SOCAR-da illərlə çalışan ixtisaslı kadrların bəzilərinə peşəkarlıq, ümumiyyətlə, təyin olunmur? Bu barədə təşkilatımıza yetərincə müraciətlər vardır. Yəni, bu işçilər neçə illər ərzində peşəkar olmadı??? Yaxud, bu günədək neft sahəsində, ümumiyyətlə, çalışmayan yeni işə qəbul olunanlar gələn gündən artıq işinin peşəkarı oldu?

-Bəs bu ərköyün işçilər kimlərdir ki, belə statuslara dərhal yiyələniblər?

-Bu barədə təşkilatımızın sosial platforması üzərindən SOCAR rəhbərliyinə sorğu göndərilib. İstəyirəm ki, azacıq səbr edək, əgər həmin siyahı, hansı ki, ictimaiyyətə açıq olmalıdır, təqdim edilməsə, onda biz açıqlamalı olacağıq…

A.Məmmədli

P.S.Qısa vaxt içində bu siyahını təqdim etməyə çalışacağıq. İnanırıq ki, SOCAR rəhbərliyi bu məlumatı «Fərdi məlumatlar» siyahısına daxil etməyəcək. Əks halda, NHMT rəhbərliyi sorğuya cavab verilmədiyini nəzərə alaraq SOCAR-dan məhkəməyə şikayət verməli olacaq…

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN