Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli maraqlı faktları ortaya qoyub...

O, Kəngərli rayonunda sakinlərlə görüşündə deyib ki, yerlərdə məmurların vəzifələrdən sui-istifadə etməsi halları var.  Prezidentin rəhbərliyi ilə Kəngərli rayonunun inkişafı sahəsində görülən işlərdən danışan Fuad Nəcəfli bununla yanaşı, yerlərdə məmurlar tərəfindən vəzifələrdən sui-istifadə hallarının olduğunu, vətəndaşların hüquqlarının pozulduğunu, sahibkarlıq fəaliyyəti üçün manelərin yaradıldığını qeyd edib. Sonra sakinlərin müraciətləri dinlənilib. F.Nəcəfli görüşdə iştirak edən bütün sakinlərə təşəkkürünü bildirib, problemlərin qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını qeyd edib.

Maraqlıdır ki, bu insanlar niyə indiyədək qarşılaşdıqları problemləri dilə gətirməyiblər? Yaxud, rəsmi media qurumlarının Naxçıvanda bölgə müxbirləri var. Eləcə də "Azərbaycan" qəzetinin, AzərTAC-ın, AzTV-nin və s. Ölkə mediası da daxil, hamı indiyədək Naxçıvanın problemsiz bölgə olduğunu, keçmiş rəhbər Vasif Talıbovun ən yüksək tərifə layiq olduğunu və s. yazır, göstərir və təbliğ edirdi. İndi məlum olur ki, mətbuat uzun illər ölkə ictimaiyyətinə yalan məlumat verirmiş.
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN