Xəbər verildiyi kimi, Yeni il gecəsi Ukrayna silahlı qüvvələrinin Donetsk vilayətinin Makiyevka ərazisinə endirdiyi rakət hücumu zamanı 400-dən çox (rəsmi Moskva 89 hərbçinin öldüyünü qeyd edir) rus hərbçisi həlak olub...
Tezadlar.az "Rossiya 24"ə istinadla bildirir ki, Rusiya Prezidentinin göstərişinə əsasən baş verən bu müharibə dəhşətinə görə ölkə ərazisində Yeni il şənlikləri qadağan edilib. Moskva sakinlərinin TV-yə verdiyi açıqlamada deyilir ki, giya bu qərar bayram tədbirlərinə məsrəf ediləcək izafi xərcləri cəbhədəki döyüşçülərə sərf etmək məqsədlidir. Lakin sosial mediada yazılanlardan da məlumdur ki, ölkədə matəm elan edilməsə də, bu qərar məhz Ukraynanın raket zərbələrindən sonra çoxsaylı hərbçilərin həlak olmasına görə qəbul edilib.
Onu da deyək ki, Rusiya Müdafiə Nazirliyi Məlumat yayıb ki, rus hərbçilərinin yerinin təsbit edilməsi onların mobil telefonlardan qeyri-qanuni istifadə etmələri səbəbindən baş verib. Qeyd olunub ki, bu amil Ukrayna ordusuna raket zərbəsi üçün əsgərlərin yerinin koordinatlarını izləməyə və müəyyən etməyə imkan verib. Eləcə də nazirlik raket hücumu zamanı itkin düşənlərin sayını da etiraf edib.
A.Məmmədli