...Ölkə mediasında general Vaqif Axundovun bacısı oğlunun həbsi ilə bağlı maraqlı açıqlamalar dərc edilməkdədir.

 Məlum olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti baş verənlərdən ciddi narahatdır. Nəhayət, Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisigeneral Vaqif Axundovun bacısı oğlu, xidmətin Səbail rayon şöbəsinin keçmiş rəisi, polkovnik  Vüsal Babayevin həbsi ilə bağlı açıqlama yaydı.  Sən demə, Vüsal Babayev hələ ötən ilin yayında sərəncama göndərilib, daha sonra ehtiyata buraxılıb.  “ 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində yoxlamalar keçirilib: “Xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb, xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”.

Görünür, V.Babayev general dayısına arxayın olaraq rüşvət almaqda davam edib. Amma sonradan şübhəli bilinərək tutulub. Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Su çanağı suda sınar, məntiqi burada özünü göstərir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN