Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlu yanvarın 9-da odlu silahdan atəş açmaqla özünü öldürüb...

Bu barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı rəsmi məlumatda deyilir ki, Gəncə hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə gedilib, zəruri hərəkətlər icra olunub. Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Bəs əsgər niyı özünü güllələyib? İstintaq bu suala tezliklə cavab verəcək...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN