ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna rəsmiləri ilə aylarla davam edən müzakirələrdən sonra müvəqqəti olaraq işğal olunmuş Krımda hərbi obyektlərə mümkün zərbələr endirmək üçün Ukraynaya hansı vəsaitin köçürülə biləcəyini müzakirə etməyə başlayıb.
Tezadlar.az bildirir ki, bu barədə “The New York Times” yazıb. Qəzet əlavə edib ki, Bayden administrasiyasının mövqeyinin dəyişməsi onun yeni yanaşması ilə bağlıdır: əgər Ukrayna hərbçiləri Rusiyaya Krım üzərində nəzarətinin təhlükə altına düşə biləcəyini göstərə bilsələr, bu, istənilən gələcək danışıqlarda Kiyevin mövqeyini gücləndirəcək. Bundan əlavə, ABŞ-ın Kremlin Krıma qarşı mümkün hərbi kampaniyaya cavab olaraq taktiki nüvə silahından istifadə edə biləcəyi ilə bağlı qorxuları azalıb, baxmayaraq ki, risk qalmaqdadır.
Ukraynada isə müharibə davam edir.
A.Məmmədli