Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. "29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - XİN-in tviterdəki paylaşımında bildirilir.

Eləcə də dünən Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

06504869-5c0f-43ba-8b08-8fb4c2bac3a3

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN