Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov II Şəhidlər xiyabanında dəfn olunacaq.

Tezadlar.az bildirir ki, dəfn barədə məlumatı XİN-nin rəsmi saytı yayıb. Məlumatda deyilir ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda İranın hüquq mühafizə orqanları istintaq aparır. Lakin Azərbaycan bu istintaqda mütləq mənada iştirak etməyi planlaşdırır.

Bu da vacib xəbərdir ki, İsrail dronları ötən gecə (Orxan Əsgərovun nəşi Azərbaycana gətiriləndən sonra) İran Müdafiə Nazirliyinin silah istehsal edən zavoduna 3 dəfə zərbə endirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN