Türkiyə Ədliyyə Nazirliyi araşdırmalara başladı: "Günahkarlar sərt şəkildə cəzalandırılacaq!"
Türkiyədə çoxsaylı canlar alan və on minlərlə yaralını ev-eşiyindən edən zəlzələdə daha çox diqqəti çəkən yeni inşa edilən yaşayış binalarının darmadağın olunmasıdır. Ən maraqlısı, ətrafdakı binalar salamat qaldığı halda, hansısa şirkət tərəfindən tikilmiş binalar isə beton qırıntıları kimi yerə gömülüb. Halbuki monolit olaraq ucaldılmış həmin binalar bu şəkildə dağıntıya məruz qalmamalı idi. Bu səbəbdən Türkiyə Ədliyyə Nazirliyi araşdırmalara başladı. Nazir Əbdülhəmid Gül deyib: "Zəlzələ baş verən bütün vilayətlərimizdə dağıntıya məruz qalan binalar, həmin binaları tikənlər və məsuliyyət daşıyanlarla bağlı məhkəmə araşdırmaları başladılıb”.
Sosial şəbəkələrdə dağılan binaların tikintisində erməni və kürd terrorçularına mənsubların iştirak etməsi barədə şübhələr yer alan şərhlər yazılır...
A.Məmmədli