Türkiyənin Hatay şəhərində zəlzələyə davamlı olduğunu deyib sakinləri aldadaraq mənzilləri satan iş adamı həbs edildi...
Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, faciənin ilk günündən mənzil tikintisindəki ciddi nöqsanların nəticəsi olaraq zəlzələ baş verəndə binaların yerə gömüldüyü bildirilirdi. Və Türkiyə Ədliyyə Nazirliyi bunu nəzərə alaraq araşdırmalara başlanıldığını, günahkarların ciddi cəzalandırılacağı bildirilmişdir.
Artıq bir neçə tikinti şirkəti rəhbərlərinin saxlanıldığı bildirilir.
Faktlar da sübut edir ki, təzə tikilmiş monolit binaların tikintisində ciddi nöqsanlara yol verilib.
Azərbaycanda, xüsusən də Bakıda da araşdırmalara başlanıldığı barədə məlumat verilib. "Təzadlar"a daxil olan məlumata görə, Prezident İlham Əliyev bu barədə aidiyyəti üzrə tapşırıqlar verilib,
Sosial mediada isə "Şərur" MTK-nın və "Melissa" MTK-nın, eləcə də əsasən, "Xırdalan yaşayış Kompleksi" reklamı ilə mənzil tikən şirkətlərdən şikayətlər var. Ümumiyyətlə isə, Bakıda mənzil tikintisi ilə məşğul olan şirkətlərin rəsmi sənədlərdə 12-14 mərtəbəyə icazə aldıqları halda, sonradan həmin göydələnlərin 20-25 mərtəbə olduğu qeyd edilir. Sadəcə, tam nəzarətsizlik...
A.Məmmədli