Türkiyədə baş verən dəhşətli zələ qurbanlarının sayı artıq 23 minə çatır...
Yaralıların isə sayı 80 mindən çoxdur... Təbii kiş ötən 6 gün ərzində aparılan müşahidə və gəlinən qənaət onu deməyə əsas verir ki, insan tələfatına səbəb heç də zəlzələ deyil, insanların yaşadığı binalar və mənzillərdir. Keyfiyyətlə tikilən binalar zədələnmədi. Amma elə binalar oldu ki, bir anda yerə gömüldü. Niyə?
XXX
İndi ortaya maraqlı məqamlar çıxır. Məlum olduğu kimi, Türkiyə Ədliyyə Nazirliyi keyfiyyətsiz evlər tikən şirkətlərin fəaliyyətini araşdırmağa başlayıb, həbs edilənlər var. Amma Hatay şəhərindəki baş verən zəlzələdə Ərzin ərazisi yeganə yerdir ki, burada insan tələfatı olmayıb. Çünki yerə gömülən bina olmayıb. Bəs buna səbəb nədir? Ərzin bələdiyyəsinin sədri Ökkeş Elmasoğlu görün kimdir. Deyir: "...Mənim üçün çox zor oldu, ancaq bir saxta inşaata belə izn vermədim. Buna görə məni Ərzində bəzi iş adamları, dövlət yetkililəri, hətta sakinlər də sevmədi. Amma indi Allah, dövlət və millət qarşısında başım dik, vicdanım rahatdır".
Bu sözlər yəqinki Türkiyə Ədliyyə Nazirliyinin başladığı məlum araşdırmalara əsl tutalqa olacaq.
A.Məmmədli