Deputatlığa sabiq namizəd Xaçmazın polisdöyən deputatını istefaya çağırdı...

Xaçmazın deputatı Eldəniz Səlimovun karantin qaydalarına əməl etməməsi bir yana, onu qaydalara riayət etməyə çağıran polis əməkdaşını döyməsi ətrafında qalmaqal böyüyür. Verilən məlumata görə, Daxili İşlər Nazirliyi polisi döyən deputatla bağlı materialları Baş Prokurorluğun İstintaq idarəsinə göndərib. Bu həm də polisin şərəf məsələsidir.

Xaçmazdan deputatlığa sabiq namizəd, tanınmış jurnalist Azər Həsrətin də məsələyə münasibəti daha sərt oldu:

-Bildiyim qədər Daxili İşlər Nazirliyi polisi döyən deputatla bağlı materialları Baş Prokurorluğun İstintaq idarəsinə göndərib. Rəsmi araşdırma aparılacaq. İndi bu saxta deputatın üzüsulu şəkildə özünü xilas etməsinin tək yolu belədir: məsələ çox şişməmiş deputat mandatını könüllü təhvil verməlidir! Çünki Prokurorluğun araşdırmasıyla yanaşı onun məsələsinə Milli Məclisdə, təmsil etdiyi YAP-da da baxılacaq. Təbii ki, YAP da öz imicini  qorumaq üçün onunla bağlı sərt tədbir görməli olacaq. Yəni, bu “deputat” ciddi cəzalandırılmalıdır ki, vətəndaşın YAP-a güvəni sarsılmasın. Əks təqdirdə həm YAP, həm MM, həm də polisimizin nüfuzu yerlə bir olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN