booked.net booked.net  

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimovun saxlanılması barədə sosial şəbəkələrdə məlumat paylaşılmaqdadır. Lakin bu barədə təqdimatı verən Baş Prokurorluq hələki rəsmi məlumat yaymayıb. 

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. Milli Məclisin bu gün keçirilmiş iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb. Milli Məclisin qərarı ilə E. Səlimovun deputat toxunulmazlığına xitam verilib.

O da bəlli oldu ki, adı çəkilən restoranda sərxoş vəziyyətdə polis əməkdaşını döyən E.Səlimov danışığını itirərək dövlət rəsmilərinin ünvanına nalayiq söyüşlər söyüb... Bu da nəticəsi!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA