...Deputatlarımız dünəndən yay istirahətinə getdilər... Onların təxminən 90 faizini başa düşmək üçün Amerika kəşf etməyə dəyməz... Bir çoxu var ki, guya ilboyu seçicisinin problemini həll edib, guya onların sosial dərdini çəkir, yayda istidən 30 ildir qovrulan yanaqlarına məlhəm olub... İndi də gedirlər bu "ağrıları-əziyyətləri" yumağa, sadə dildə desək, dincəlməyə, növbəti ilə enerji yığmağa...
"Təzadlar" bu zəhmətkeş deputatların 47 günlük yay tətilinə və ümumiyyətlə, Milli Məclis üzvlərinin məzuniyyətləri üçün xarici sanatoriyalarda müalicələri üçün büdcədən ayrılan pullara nəzər saldı. Bu da fakt:
● Spiker - 21 min 300 AZN
Spikerin birinci müavini - 19 min 170 AZN
● Spikerin müavinləri - 18 min 105 AZN
● Komitə və komissiya sədrləri - 17 min 40 AZN
● Komitə və komissiya sədrlərinin müavinləri - 15 min 975 AZN
● Deputatlar - 14 min 910 AZN...
*** 
Bir çoxları isə, deyilənə görə, deyirmiş ki, bu çox azdır, İsveçrə bahalı yerdir, orda bu pula neyləmək olar???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA