Kaliforniyanın cənubunda iki yeni meşə yanğını başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, yanğınlar regionda davam edən yanğın təhlükəli hava şəraiti fonunda baş verib və yeni təxliyə dalğasına səbəb olub.
"Cənubi Kaliforniyada yanğın təhlükəsi faktorları qalmaqdadır: 45-70 mph (20-31 m/s – RED.) güclü küləklər və nisbi rütubət 8-15% diapazonunda", - Milli Meteoroloji Xidmətin proqnozu qeyd edir.
Nəşr aydınlaşdırıb ki, Skaut və Stoun adlı yanğınlar Riverside qraflığında yanıb. Çərşənbə axşamı güclü küləklərin müşahidə olunduğu San Dieqo dairəsində də yüksək yanğın riski qalmaqdadır.
Sinoptiklər gələn həftə hava şəraitinin pisləşəcəyini və bunun da daha çox yanğınla nəticələnə biləcəyini proqnozlaşdırırlar.
E.ŞİRİNOV