Ermənistanın və bu qondarma respublikanı dəstəkləyən ölkələrin siyasi rıhbərliyi bilməlidir ki, Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur.
Tezadlar.az Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib. C?Bayramov deyib ki, Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıyır. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin dı mümkün olduğu diqqətə çatdırılıb. Hansl ki, bu yol Xankəndiyə gedın ən qısa dımiryoluna və avtomobil yoluna hakimdir. Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə Qarabağl işğal edənədək, yəni 1989-cu ilədək bu nəqliyyat dəhlizi açıq olub. Həmin yolla ermənilər dünyanın istənilən ölkəsinə gedə bilərlər...
A.Məmmədli