“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin və Rusiya Federasiyasında ona yaxın olan generalların gizli şəkildə həbs olunması barədə sensasion xəbərlər yayılıb...
«Təzadlar» Rusiya KİV-lərinə istinadla bildirir ki, itkin düşmüş “Armageddon” generalı – “Vaqner”in fəxri üzvü olan Sergey Surovikin Odintsovoda hansısa hərbi hissənin ərazisində ola biləcəyini yazıb. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı olan Sergey Jirnov Xodorkovski canlı efirdə bu barədə danışıb. Sitat: "Xüsusi xidmət orqanlarının yazısına oxşayır, amma xüsusi xidmət orqanlarının adi yazısı deyil. Çünki ona (Surovikin - Red.) hansısa cinayət ittihamı irəli sürülübsə, o zaman Lefortovoya salınmalı idi. Rusiya FTX-nin istintaq təcridxanası rəsmi, normal istintaq təcridxanasıdır, yəni - istintaq təcridxanasıdır. O, orada yoxdur ", - keçmiş casus bildirib. Həmsöhbət əlavə edib ki, əgər general hansısa rəsmi həbsxanaya düşsə, bu, dərhal məlum olacaq. Sitat: “Odintsovoda bəzi generalların saxlanması ilə bağlı məlumatlar ortaya çıxır... Ola bilsin ki, hansısa bir xüsusi hərbi hissə var və bütün bu generallar orada dəqiq toplanıb ki, heç kim onların harada olduğunu bilməsin. Ümumiyyətlə, məndə belə böyük bir şübhə var... Və Priqojin və Priqojinə yaxın olan generallar, hamısı həbs edilib, lakin bu hələ rəsmən açıqlanmır”, -Jirnov bildirib.
Onun fikrincə, Priqojin hətta öldürülə də bilər. «…İndi onlar (vaqnerçilər” – red.) tərksilah ediliblər və bəlkə də deyəcəklər ki, əslində, Priqojin də, 35-ci Korpusun komandiri də, heç biri Putinlə görüşməyib və sair. Əslində, həbs olunublar. Bəlkə də Priqojini dərhal öldürüblər...».
Beləliklə, Priqojin məsələsi hələki müəmma olaraq qalır. Lakin hərbi ekspertlər bildirirlər ki, bu elə məsələdir ki, tezliklə üstü açılacaq.
«Ukrainskaya pravda» isə xarici mənbələrə istinadla yazıb ki, Priqojin indiyədək sağ qalmış olsaydı, o, hardasa görünməli idi. Susqunluq onun öldürülməsi versiyasını daha da gücləndirib. Deməli, o, artıq çoxdan yoxdur. Sağdırsa, niyə səsi çıxmır, özü görünmür… Lukaşenkonun «qonağı» olan vaqnerçilərin başına nə gəlib axı?!
A.Məmmədli