Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya tərəfinin Qara dəniz "Taxıl Sazişi"nin icrasına qayıtması şərtini açıqlayıb.
Zaxarova vurğulayıb ki, BMT qüvvələrinin Rusiya taxılını və gübrələrini çıxarmaq üçün daha üç ay vaxtı var.
“BMT-nin (RF ilə Rusiya taxılının və gübrələrinin ixracına dair memorandum nəzərdə tutulur) həyata keçirə bilməsi, konkret nəticələrə nail olması üçün daha 3 ay vaxtı var”, - Mariya Zaxarova deyib.
O, açıq şəkildə qeyd edib ki, rəsmi Moskva yalnız Rusiya tərəfinin tələbləri yerinə yetirildiyi təqdirdə Qara dəniz təşəbbüsündə iştirakını bərpa edəcək.
Daha əvvəl də bildirilmişdi ki, iyulun 18-də Moskva Ukraynadan taxıl idxalını nəzərdə tutan Qara Dəniz təşəbbüsündən iştirakçı ölkələr tərəfindən sazişin Rusiya hissəsinə əməl etmədiyi üçün geri çəkilib.
Qeyd edək ki, ötən ay isə Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı Afrika ölkələrinin Ukrayna taxılını praktiki olaraq ala bilmədiyini, taxılın böyük hissəsinin razılaşmalara zidd olaraq Avropa İttifaqının firavan həyat sürən ölkələrinə getdiyini bildirmişdi və buna görə sazişdən geri çəkiləcəklərini vurğulamışdı.
Xatırladaq ki, "Taxıl Sazişi" Türkiyənini səyləri nəticəsində 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya taxıl və gübrəsinin ixracı ilə bağlı idi.
JASMİN