Xarici işlər naziri Hakan Fidan Laçın yolunda baş verən hadisələrə münasibət bildirib.

Bu barədə Hakan Fidan Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı "Güclü Türkiyə güclü Azərbaycandır, güclü Azərbaycan güclü Türkiyədir" deyib.

TEZADLAR.AZ xəbər verir ki, mətbuat konfransında H.Fidan bildirib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil:

“Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”, - nazir qeyd edib.

Türkiyənin beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağıran Hakan Fidan qeyd edib ki, Türkiyə normallaşma prosesini tam dəstəkləyir və işğaldan azad olunmuş ərazilərin bərpa prosesində aktiv iştirak edir.

Hakan Fidan əlavə edib ki, normallaşma prosesi bölgənin inkişafı və sabitlik üçün vacibdir.

İki qardaş ölkənin əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan nazir Fidan onu da deyib ki, bu çərçivədə TANAP və BTC başdadır: “TANAP artıq Avropanın əsas enerji təhlükəsizliyində rol oynayır. TANAP vasitəsilə gələn qazın böyük hissəsi Avropaya gedir. Qışda Avropada qazla bağlı yenə böhran ola bilər. Rusiya-Ukrayna müharibəsi bunu bir daha göstərdi.

Azərbaycanla əlavə qaz həcmi ilə bağlı danışıqlar aparırıq. İmkanlarımızdan istifadə edərək Azərbaycanla ortaq çalışmalarımız davam edir. Bir yandan öz enerji təhlükəsizliyimizi gücləndirməklə Avropanın enerji təhlükəsizliyinə də dəstək vermək səylərimiz davam edəcək”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN